EN

KXDR Donald Trampın Koreya yarımadasına gəlişini qanadlı raket sınağı ilə “qarşılayıb”

Pekin, 29 oktyabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ Prezidenti Donaldt Trampın KXDR Lideri Kim Çen In ilə görüş təklifini cavabsız qoyub.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyada səfərdə olan Prezident Donald Tramp böyük ehtimalla KXDR Lideri Kim Çen In ilə görüşü nəzərədə tutaraq, vaxtla bağlı bağlı razılığa gələ bilmədiklərini deyib.

Ekspertlər hesab edirlər ki, Prezident Donald Trampın Cənubi Koreyaya gəlişindən bir neçə saat əvvəl KXDR-in qanadlı raket sınağı keçirməsi rəsmi Pxenyanın görüş təklifinə cavabı kimi qəbul etmək olar. Başqa sözlə, KXDR Prezident Donald Trampın Koreya yarımadasına gəlişini qanadlı raket sınağı ilə “qarşılayıb”.

Prezident Donald Tramp Asiya turu çərçivəsində oktyabrın 29-da Cənubi Koreyaya gəlib. O, səfərdən əvvəl verdiyi açıqlamalarda KXDR Lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib, hətta görüşə görə səfərini uzada biləcəyini deyib. KXDR Lideri isə ötən ay parlamentdə çıxşı zamanı ABŞ-ın Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı israrından əl çəkəcəyi halda Pxenyanın Vaşinqtonla danışıqlara açıq olduğunu deyib. “Əgər Vaşinqton nüvəsizləşdirilmə ilə bağlı məntiqsiz israrından əl çəkərsə və reallığı qəbul edərək Şimali Koreya ilə dinc yaşamağa can atarsa, bizim ABŞ-la danışıqlardan imtina etməyimiz üçün heç bir səbəb yoxdur”, – deyə Kim Çen In bildirib.

Qeyd edək ki, Donald Trampın ilk prezidentliyi dövründə Şimali Koreya Lideri Kim Çen In ilə 3 dəfə görüşüb. Görüşlər 2018-ci ildə Sinqapurda, 2019-cu ildə isə Hanoyda və iki Koreya arasında demilitarizasiya zonasındakı Panmuncom qəsəbəsində keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
38
1
azertag.az

2Sources