EN

Nino Tsilosani: Suverenlik Azərbaycan və Gürcüstanın mübarizəsinin ən mühüm cəhətidir

BAKI, 29 oktyabr. TELEQRAF

"Azərbaycanla Gürcüstan eyni dövrdə müstəqilliyini bərpa edib. Amma bu dövr heç də asan olmayıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Gürcüstan Parlamentin sədr müavini Nino Tsilosani deyib.

Sədr müavini bildirib ki, Azərbaycanla Gürcüstan və Türkiyə ilə regional tranzit xəttləri ilə bütün dünyaya çıxır: “Eyni zamanda bu gün xalqlarımız və dövlətlərimiz arasında sıx əlaqələr var. Sözsüz ki, bu gün bəzi tendensiyalar da mövcuddur. Çünki xarici müdaxilə və milli suverenlik bir araya sığmır. Bu mənada suverenlik Azərbaycan və Gürcüstanın mübarizəsinin ən mühüm cəhətidir”.

Chosen
63
teleqraf.com

1Sources