Ajans.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani qeyd edib. "Biz regional, ticarət və tranzit əlaqələrinin daha da inkişaf etdirilməsi fonunda işləyirik. Konstitusiyalarımızın qəbulundan 30, müstəqilliyimizin tanınmasından 34 il keçsə də, biz beynəlxalq tendensiyalarla üz-üzə qalırıq", – o bildirib. O, ölkələrimizə qarşı zaman-zaman xarici təzyiqlərə də diqqət çəkərək, belə dövrdə konstitusiyanın aliliyini yenidən vurğulayıb.(mənbə:modern)