EN

Fransa muzey və kilsələrdə quldurluq hallarının artmasından ehtiyat edir

Fransa hakimiyyəti ölkənin muzey və kilsələrində cinayət təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İnformasiya, Kəşfiyyat və Strateji Təhlil Xidmətinin məlumatlarına istinadən RTL radiostansiyasının məlumat yayıb.

Məqalədə deyilir: “Fransız muzeyləri, kilsələri və fərdi şəxslər getdikcə daha çox cinayətin hədəfinə çevrilirlər.

Nəşrin müəllifi qeyd edir ki, Luvrda baş verən hadisədən sonra quldurluq təhlükəsi bütün Fransa muzeylərinə yayılıb. Mütəxəssislər hesab edirlər ki, qiymətli materiallardan, o cümlədən qızıldan hazırlanmış sənət əşyaları və əsərlər xüsusilə qiymətlidir.

Hüquq-mühafizə orqanları xəbərdarlıq edir ki, cinayətkarlar sosial media və şifrəli mesajlaşma proqramları vasitəsilə quldurları işə cəlb edə bilərlər.

Chosen
23
1
operativmm.az

2Sources