EN

Bakıda elmi-praktik konfrans: “Heydər Əliyevin türkçülük siyasəti”

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Atatürk Mərkəzində “Soydaş Sosial Mədəni Əlaqələr” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin türkçülük siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən İctimai Birliyin sədri Mehriban Paşayeva Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən konfransın əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin daim uzaqgörənliyi ilə zamanı qabaqladığını, hakimiyyətdə olduğu illərdə peşəkarcasına ölkəmizi idarə etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, xalqımıza ən böyük töhfəsi ölkəmizə uğurla rəhbərlik edən, dünya liderləri sırasında adı çəkilən Prezident İlham Əliyevi yetişdirməsi olub.

Səbail rayonu Yeni Azərbaycan Partiyasının (YAP) sədri Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada nadir dövlət xadimi və şəxsiyyətlərdəndir. Onun fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib.

Deputat Vüqar İskəndərov Ulu Öndərin türk dünyasının həmrəylik rəmzi olduğunu vurğulayıb. O, Türkiyə və Azərbaycan münasibətlərinin tarix boyu yaşayacağını qeyd edib.

Chosen
530
50
azertag.az

10Sources