EN

Yasamalda “Chevrolet” yük maşınıyla toqquşdu, iki nəfər… VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi Yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 28-də saat 22:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobil, yük maşınıyla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ərazidən keçən sürücülər yaralılara ilkin yardım göstəriblər.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
avtosfer.az

1Sources