EN

ABŞ də hepatit C və COVID ə yoluxmuş meymunlar yük maşınından qaçıblar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də yol-nəqliyyat qəzası nəticəsində aşmış yük maşınından hepatit C, herpes və COVID-ə yoluxmuş makakalar qaçıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Missisipi ştatının polisinə istinadla "The Independent" yazıb.

"Yük maşınında Tuleyn Universitetindən rezus makakalar daşınırdı. Bu meymunların çəkisi təxminən 40 funtdur (18 kq), insanlara qarşı aqressivdir və onlarla təmas üçün fərdi qoruyucu vasitələr tələb olunur", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Bildirilir ki, qaçan meymunların birindən başqa hamısı artıq məhv edilib. Sonuncu meymunun axtarışı davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
1
oxu.az

2Sources