BAKI, 29 oktyabr. TELEQRAF
Bizim konstitusiyalarımız, yəni postsovet ölkələrində ən çətin illərdə qəbul edilib. Eyni zamanda konstitusiyalarımız yeni zamanın çağırışlarına əsasən icra edilir. Bu da dünya təcrübəsinə tam uyğundur. Konstitusiya canlı bir alətdir, canlı bir sənəddir. Dövlətin və xalqın həyatı ilə birbaşa əlaqəlidir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Qazaxıstan Parlament Məclisinin üzvü Aydos Sarım deyib.
O qeyd edib ki, Qazaxıstan konstutiyasında da bəzi dəyişiklər edilib. Bu dəyişiklərin qəbul olunması həm daxili, həm də xarici çağırışlara cavab olub. Sözsüz ki bu da ölkədə vətəndaşlar və dövlət arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib”.