Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəfael Abbasov dəfn edilib.
"Unikal" xəbər verir ki, Rəfael Abbasovun Hövsan qəsəbəsindəki evində baş tutan vida mərasimindən o, Suraxanı rayon Dədə-Qorqud qəbristanlığında torpağa tapşırılıb.
Dəfndən əvvəl cənazə namazı qılınıb, dualar oxunub.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
                        