“Qalatasaray”ın hücumçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu “Komo”nun gündəmindədir. A Seriyası təmsilçisi İkardiylə yaxından maraqlanır.
Mövsüm sonu “Qalatasaray”la müqaviləsi başa çatacaq argentinalının komanda qalıb-qalmayacağı bəlli deyil.
İkardi cari mövsüm 12 oyunda 6 qol vurub.