EN

Senat sədri: Pakistan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Pakistan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani deyib.

“Biz tarixi, mədəni, mənəvi cəhətdən qardaşıq. Pakistan bütün beynəlxalq qurumlarda Azərbaycanı dəstəkləyir”, - deyə Syed Yusuf Raza Gilani bildirib.

Pakistan Senatının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanla münasibətlərin yaxşılaşması üçün atdığı addımlara görə də təşəkkür edir: “Bu addımları dəstəkləyirik. Azərbaycan və Ermənistan münasibətləri yaxşılaşdırdılar.”.

Chosen
28
1
apa.az

2Sources