EN

Bu idman zalı 3 ayda 50 kq arıqlayana "Porsche" vəd edir

Çinin Binqjou şəhərindəki bir idman zalı 3 ay ərzində 50 kiloqram arıqlayan iştirakçıya lüks avtomobil Porsche Panamera hədiyyə edəcəyini açıqlayıb.

Redaktor.az ölkə mediasına istinadla xəbər verir ki, aksiya 23 oktyabrda elan olunub və qısa müddətdə internetdə populyarlıq qazanıb.

Müsabiqəyə qatılmaq üçün iştirakçılar 1 400 ABŞ dolları ödəməlidir. Bu məbləğə həm qidalanma, həm də zalda qalmaq daxil olsa da, proqramın detalları və qiymətləndirmə kriteriyaları hələ açıqlanmayıb. Hazırda təxminən 7-8 nəfər qeydiyyatdan keçib və iştirak sayı 30 nəfərlə məhdudlaşacaq.

Lakin tibbi ekspertlər xəbərdarlıq ediblər ki, 3 ayda 50 kq arıqlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər, çünki bu halda orqanizm əsasən yağ deyil, əzələ kütləsini itirir. Həkimlər təhlükəsiz arıqlama sürətini təxminən həftədə 0,5 kq kimi qiymətləndirirlər.

İdman zalının məşqçisi Van bildirib ki, müsabiqə realdır və artıq iştirakçıların qeydiyyatı davam edir.

Nuriyyə NATİQQIZI

Chosen
29
1
redaktor.az

2Sources