EN

Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb

Bakı. Trend:

29 oktyabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov OmanSultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanının xüsusinümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Omanın həmikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinininkişafından məmnun olduqlarını bildiriblər.

İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında vəölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha dastimullaşdırılmasında yüksək səviyyəli səfərlərin həlledici roluvurğulanıb.

Ölkəmizin Omanda Səfirliyinin fəaliyyətə başlamasınınəməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.

Parlament diplomatiyasının ikitərəfli münasibətlərinmöhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazirAzərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindəndostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini qeydedib.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıdakeçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü vəÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq,həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımındanyeni əməkdaşlıq imkanları yaradacağını bildirib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəflivə çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirəolunub.

Məqalədə:
Chosen
28
10
az.trend.az

10Sources