EN

“Sabah” növbəti oyununa çıxacaq - FIBA Çempionlar Liqası

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək. B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

Chosen
49
6
football-plus.az

7Sources