Bu gün "Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, "bayquşlar" Rimas Kurtinaytisin rəhbərliyi altında səfərdə Fransa təmsilçisi "Elan Şalon"la qarşılaşacaqlar.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
23:00. "Elan Şalon" (Fransa) - "Sabah" (Azərbaycan)
Xatırladaq ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına uduzub.
Nihat
 
                        