7NEWS.az xəbər verir ki, İngiltərənin Milton Keyns əyalətinin Bruklend meydanında şok edici oğurluq hadisəsi baş verib. Oğrular ekskavatordan istifadə edərək mağazadan bankomatı oğurlayıblar. Hadisəni yerli sakin lentə alıb. Görüntülərdə bankomatın mağazadan sürüklənərək yük maşınının arxasına atıldığı görünür. Temza Vadisi Polisi araşdırmaya başlayıb.