EN

Hərbi attaşelər MKE şirkətinin istehsal zavodlarında olub

Ankara Hərbi Attaşelər Assosiasiyası (AMAC) planlaşdırılan səfər çərçivəsində “Makine ve Kimya Endüstrisi” şirkətinə məxsus zavodları ziyarət edib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, Almaniya, Fransa və İtaliya da daxil olmaqla 19 ölkədən 21 hərbi attaşe ilk olaraq Kırıkkaledəki MKE Sursat Zavodunu ziyarət edib.

Heyət zavodda 25 mm-dən 155 mm-ə qədər müxtəlif kalibrli zenit, minaatan, tank və haubitsa mərmilərinin, habelə aviasiya bombalarının istehsal prosesləri barədə məsul şəxslərdən məlumat alıb.

MKE Sursat Zavodundan sonra Hərbi Attaşelər Assosiasiyasının heyəti MKE Silah Zavodunu ziyarət edib. Onlara türk mühəndisləri tərəfindən hazırlanmış milli avtomatlar və snayper tüfəngləri haqqında məlumat verilib. Daha sonra heyət bu silahları zavodun poliqonunda sınaqdan keçirmək imkanı əldə edib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

ASKERI

ASKERI

ASKERI

ASKERI

ASKERI

Chosen
42
poliqon.az

1Sources