Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.
Fanat.Az-ın məlumatına görə, 26 yaşlı idmançı turnirdə bürünc mükafat əldə edib.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarımfinalda uduzub.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.