EN

Ustaları “çörəksiz qoyan”elektromobillər

Elektromobillərin sayının artması avtomobillərə texniki xidmət bazarını da dəyişir. Ənənəvi avtomobillərdən fərqli olaraq bu texnikada şam, filtr, qayış və yağ dəyişməyə lüzum yoxdur. 

Avtosfer.az xəbər verir ki, Almaniya və Norveçdə aparılmış araşdırma göstərir ki, elektromobil sahibləri servisə 40-54 faiz daha az gedirlər. ümumilikdə servis xərcləri də ənənəvi maşından 2 dəfə daha azdır. Tormoz detalları çox gec yeyilir, rekuperasiya sistemi sayəsində mexaniki hissələrə düşən yük azalır.

Sürücülərin işinə yarayan bu xüsusiyyətlər servisləri obrazlı desək, çörəksiz qoyur. Məsələnin başqa üzü də var. Elektromobillərin elektrik sistemini və batareyalarını təmiri və diaqnostikası üçün xüsusi  ixtisaslaşma tələb olunur. Sertifikasiyadan keçməyənlərin elektromobil təmiri ilə məşğul olması qadağandır. Buna görə də müstəqil texniki xidmət mərkəzlərinin cəmi 20 faizi bu texnikanı təmirə götürür.

Rəsmi dilerlər müvafiq avadanlıqlarv əldə edə bilsə də, kiçik ustaların bunu etməyə imkanı yoxdur. Bu sahədə konsolidasiya gedir və kiçik oyunçular bazarı tərk edir.

Vüqar

Chosen
26
1
avtosfer.az

2Sources