EN

Misirdə elm adamları timsah kimi qorxunc yırtıcı heyvanın qalıqlarını aşkar etdilər

Misirdə 80 milyon il yaşı olan qədim timsah növü kəşf edilib.

QHT.az xəbər verir ki, Paleontoloqlar Misirin Qərb səhrasında qədim duzlu su timsahının yeni növünü – Wadisuchus kassabini aşkar ediblər. Kəşf “The Zoological Journal of the Linnean Society” jurnalında dərc olunub. Təxminən 80 milyon il əvvəl yaşamış bu növ, dyrosauridlər adlanan qədim timsahlar ailəsinin ən qədim nümayəndəsi hesab olunur. Onun uzunluğu 3,5–4 metr olub, uzun burnu və iti dişləri balıq və tısbağalarla qidalanmağa uyğunlaşıb.

Fosillər Misirin Kharga və Baris oazisləri yaxınlığında tapılıb və dörd fərqli fərdin qalıqlarını əhatə edir. Tədqiqatçılar bildirirlər ki, bu tapıntı dinozavrların məhvinin ardından sürünənlərin necə təkamül etdiyini anlamağa kömək edir. Aparıcı tədqiqatçı Sarah Saber qeyd edib ki, yeni növün bəzi anatomiya xüsusiyyətləri dirozavrların təkamül tarixində mühüm mərhələni göstərir və onların diversifikasiyasının əvvəl düşünüldüyündən daha erkən başladığını sübut edir.

Alimlər vurğulayıblar ki, bu kəşf təkcə qədim timsahların təkamülünü deyil, həm də Misirin Qərb səhrasının hələ də planetimizin keçmişinə dair sirləri qoruduğunu nümayiş etdirir.

Chosen
29
qht.az

1Sources