EN

Avropa çempionu Orxan Səfərovdan cüdo üzrə master klass FOTO/VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə “Ailə günü” tədbiri keçirilib.

Bu barədə İdman.Biz-ə ACF-dən məlumat verilib.

Görüşdə qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli şəxsi uğur hekayəsini bölüşərək cüdonun insanın formalaşmasında oynadığı mühüm roldan danışıb.

Azərbaycan millisinin baş həkimi Ramil Vəliyev çıxışında cüdonun sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini vurğulayıb.

Yığmanın fizioterapevti Morqan Selles uşaqlar və valideynlər üçün ev şəraitində edilə biləcək fiziki hərəkətləri nümayiş etdirib.

Avropa çempionu Orxan Səfərov isə cüdo ilə ilkin tanışlıq mövzusunda master-klass keçirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
5
icma.az

8Sources