EN

“TikTok” ötən il Azərbaycanda ümumilikdə 3 milyonadək videonu silib

Bakı.Trend:

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycandayerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcıfəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir.Təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardanvə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərləpeşəkar mütəxəssisi bu prosesə cəlb edir.

Trend xəbərverir ki, platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiyakomandası İcma Qaydalarını pozan videokontenti silir, həmçininşəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentləbağlı məlumatları rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarınaəməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündəAzərbaycanda:

İcma Qaydalarının pozulmasına görə 880 mindən çox videosilinib.
Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yənişikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib.
Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinibki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək videosilinib.

Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcmaQaydalarının pozulması ilə əlaqədar olaraq:

Təxminən 190 milyon videoçarx platformadan silinib.
Videokontentin 99,1%-i proaktiv şəkildə silinib.
Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzindəsilinib.
90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyənedilərək silinib.

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünyaüzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artımmüşahidə olunur. Bu artım platformanın moderasiyatexnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda,apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, buisə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiqolunduğunu göstərir.

TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı dahaçox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bustandartları pozan kontentin monetizasiyasının qarşısını almağayönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öztədbirləri də daxildir.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrəmonetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlarvə demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərəkontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəlişetməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTokmüəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqətigirişini məhdudlaşdıra bilər. Şəffaflığın artırılması istiqamətindəatılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdəbirbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əksetdirəcək.

Chosen
43
23
az.trend.az

10Sources