Qeyd edək ki, BŞİH-nin yaydığı məlumata görə, "Sovetski"də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli küçəsində yerləşən tarixi binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.