Litva hökuməti ölkəyə qaçaqmalçılıq yolu ilə hava şarlarının gətirilməsi səbəbindən Belarusla sərhədini bir ay müddətinə bağlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Qeyd olunur ki, iki sərhəd-keçid məntəqəsi - Medininkay və Şalçinkay bağlanacaq. Sonuncu fəaliyyətini tamamilə dayandıracaq. Bəzi kateqoriyalı şəxslər isə Medininkaydan keçə biləcəklər.
Məhdudiyyətlər noyabrın 30-u gecə yarısına qədər qüvvədə olacaq.
 
                        