Bu günlərdə əsas gündəm mövzularından biri Azərbaycan yığmasının üzvü Mahir Emrelinin "Kayzerslautern"dən ayrılıb-ayrılmayacağıdır.
O, ardıcıl 7 oyundur "qırmızı şeytanlar"ın heyətinə daxil edilmir.
Mahir bu barədə Offsideplus.az saytına açıqlamasında hazırda komandasında ayrılmaq fikrinin olmadığını bildirib.
Qeyd edək ki, 28 yaşlı hücumçu bu ilin yayında "Kayzerslautern"ə qoşulub.