EN

Rusiyada azərbaycanlıların toyunda ATƏŞ SƏSLƏRİ: Polis MÜDAXİLƏ ETDİ – VİDEO

Rusiyada azərbaycanlıların toy mərasimi həbslə nəticələnib.

İnterpress.az xəbər verir ki, Yoškar-Ola şəhərində keçirilən toy mərasimi zamanı yol hərəkətinin pozulması və havaya atəş açılması faktı qeydə alınıb. Hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə avtomobil kortej şəklində hərəkət edərək yolu bağlayıb, sürücülər avtomobillərdən çıxaraq səs-küylü şəkildə bayram ediblər. Qısa müddət sonra havaya atəş səsləri eşidilib.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub və qayda pozanlar saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Hüquq-mühafizə orqanları bildiriblər ki, bu cür hallara qarşı sərt tədbirlər görüləcək və ictimai təhlükəsizliyi pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
1
interpress.az

2Sources