ABŞ-ın vitse-prezidenti Ceymz Devid Vensin sözlərinə görə, fevral ayında Ağ Evdə baş verən mübahisədən sonra Volodimir Zelenski Amerika rəhbərliyinə daha çox hörmət göstərib.
Busaat.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.
“İnsan, ümumiyyətlə, yaşadığı evin qaydalarına hörmət etməyə çalışır. Əgər ABŞ-da Ağ Evin Oval Ofisinə getsəniz, sizdən ən azı dövlət başçısına, ABŞ prezidentinə müəyyən qədər hörmət göstərməyiniz gözlənilir”, – Vens qeyd edib.
Zelenski ilə sərt danışıq məqsədinə nail olub-olmaması ilə bağlı suala vitse-prezident deyib: “O vaxtdan bəri Zelenski daha hörmətli olub”.
O, hesab edirdi ki, ABŞ-ın sadəcə Ukraynaya istədiyi hər şeyi verdiyi” Co Bayden prezidentliyindən sonra belə bir sıfırlama lazım idi.
“Düşünürəm ki, açıq şəkildə fikir ayrılıqlarını və ümumi maraqları ifadə edən çıxışlar kifayət qədər məhsuldar idi. Və mən hesab edirəm ki, ABŞ və Ukrayna arasında münasibətlər indi daha məhsuldardır”, – Vens yekunlaşdırıb.
Yeganə