EN

Avropa Şurasından Gürcüstana sərt xəbərdarlıq “Müxalif partiyaların bağlanması diktaturanın təsbitidir...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Şurası Gürcüstanda əsas müxalifət partiyalarının qadağan edilməsinə yönəlmiş cəhdlər barədə ciddi xəbərdarlıq yayıb.

“AzPolitika” xəbər verir ki, qurum belə addımların ölkəni birpartiyalı avtoritar rejimə sürükləyəcəyini bəyan edib.

Bu xəbərdarlıq, hakim “Gürcü Arzusu” partiyasının dünən verdiyi bəyanatdan sonra səslənib. Partiya açıqlayıb ki, ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək “Dəyişikliklər Uğrunda Koalisiya”nın, keçmiş prezident Mixeil Saakaşvilinin “Birləşmiş Milli Hərəkatı”nın və “Güclü Gürcüstan” blokunun qanunsuz elan olunmasını tələb edib.

Parlamentin spikeri Şalva Papuaşvili müxalif qüvvələri “hökumətin legitimliyini dəfələrlə sarsıtmaqda və dövlətin konstitusion quruluşuna qarşı fəaliyyət göstərməkdə” ittiham edib.

Avropa Şurasının Gürcüstan üzrə iki məruzəçisi - Edite Estrela və Sabina Kudic bu gün bəyanat yayaraq Tbilisini məhkəmə iddiasını geri çəkməyə çağırıblar.

Onların birgə bəyanatında qeyd olunur:

“Demokratik müxalifətin qadağan olunması faktiki olaraq birpartiyalı diktaturanın təsbit olunması deməkdir və bu, Avropa Şurasına üzvlüklə tamamilə ziddir”.

Məlumata görə, Konstitusiya Məhkəməsi müraciətlə bağlı qərar qəbul etmək üçün doqquz ay vaxta malikdir.

Keçmiş Prezident Salome Zurabişvili bu prosesi “Gürcüstanda qorxu və təzyiq rejiminin son mərhələsi” adlandırıb. O bildirib ki, məqsəd ölkəni Rusiya tipli avtoritar rejimə çevirməkdir”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources