EN

Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibi müəyyən edilib

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini“Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 71 nömrəlişəhərdaxili və “Elmlər Akademiyası” metrostansiyasını Lökbatanqəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobusmarşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs"Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elanolunub.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 71 nömrəlimarşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsi 2025-ci ilistehsalı olan müasir avtobuslardır.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Məqalədə:
Chosen
18
17
az.trend.az

10Sources