EN

Bir həftəyə təbiətə 135 minlik ziyan vurdular

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu haqda Gununsesi.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
15
icma.az

10Sources