EN

Baş nazirin müavini: Ağdam Sənaye Şəhərciyində Azərbaycanla Belarus birgə lift istehsal edəcək

Azərbaycanla Belarusun müştərək əməkdaşlıq çərçivəsində lift istehsalı müəssisəsinin yaradılması müzakirə olunub.

Aznews.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov deyib.

Qeyd edək ki, Samir Şərifov Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.

Baş nazirin müavini qeyd edib ki, artıq bu tərəfdaşlıq çərçivəsində əməkdaşlıq var:

"Bakı və digər böyük şəhərlər üçün 200-dən artıq lift istehsal olunaraq istifadəyə verilib. Ağdamda yeni tikilən binalar bu liftlərlə təchiz olunub. Qərara gəlinib ki, Ağdam Sənaye Şəhərciyinin ərazisində lift istehsalı təşkil ediləcək".

Baş nazirin müavini həmçinin diqqətə çatdırıb ki, ölkələrimiz arasında 2024-cü ildə ticarət dövriyyəsi 40 faizdən çox artıb:

Chosen
35
2
aznews.az

3Sources