EN

Sabah Hacıqabulun bəzi kəndlərində qaz olmayacaq

BAKI, 29 oktyabr. TELEQRAF

Sabah Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Rəncbər” QPS-dən qidalanan “Rəncbər” ölçü qovşağından təbii qazla təmin edilən qaz kəməri üzərində quraşdırılmış qaz tənzimləyicinin baypas xəttində yeni tənzimləyicinin və siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonunun Nəvahi qəsəbəsi, Rəncbər, Qubalı (Qubalı-Baloğlan), Pirsaat, Nəvahi kəndlərində ümumilikdə 2651 abonentin qaz təchizatı dayandırılacaq.

Chosen
9
2
teleqraf.com

8Sources