EN

Azərbaycan regionu sülh, əməkdaşlıq və davamlı inkişaf məkanı görmək istəyir (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Moskva şəhərindəAsiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlərüzrə daimi komitəsinin iclası keçirilir. Azərbaycan Parlamentinibeynəlxalq tədbirdə təmsil edən Milli Məclisin üzvü, deputat ƏminəAğazadə Komitənin bu gün keçirilən iclasında çıxış edib.

Trend xəbər verir ki, tədbiriştiraçılarını salamlayan Milli Məclisin üzvü Asiya ParlamentAssambleyasının yarandığı vaxtdan bəri dialoq, əməkdaşlıq vəqarşılıqlı hörmət ruhunda Asiya ölkələrinin qanunverici orqanlarınıbirləşdirən unikal bir platformaya çevrildiyini, artmaqda olanqeyri-sabitlik, geosiyasi gərginlik, yeni təhlükəsizlik vəhumanitar çağırışlarla səciyyələnən müasir dünyada assambleyanınxalqlar arasında həmrəyliyin möhkəmləndirilməsində, insan və mədəniəlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər zamanmədəni müxtəlifliyi və mədəniyyətlərarası dialoqu cəmiyyətdəsabitlik və həmrəyliyin vacib amili kimi dəyərləndirib. PaytaxtımızBakı şəhəri tolerantlıq, mədəni irsin qorunması vəmədəniyyətlərarası dialoqa həsr edilmiş çoxsaylı beynəlxalqforumlara ev sahibliyi etmişdir. Bütün din və etnik qruplarınnümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitindəbirgəyaşayışı ölkəmizin çoxmillətli və çoxdinli cəmiyyətininictimai-siyasi inkişafında mühüm rol oynamışdır.

Deputat Əminə Ağazadə çıxışında Azərbaycan Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpasından sonraölkəmizin postmünaqişə dövründə Ermənistanla sülh müqaviləsininimzalanması yolu ilə münasibətlərin normallaşdırılması mərhələsinəqədəm qoyduğunu xüsusi olaraq qeyd etmişdir. “Ölkə Başçsınınrəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərdəgenişmiqyaslı bərpa tədbirləri həyata keçirilir, məcburiköçkünlərin təhlükəsiz qayıdışını təmin edilir. Bu fəaliyyət CənubiQafqazı sülh, əməkdaşlıq və davamlı inkişaf məkanına çevirməkmövqeyinə əsaslanır. Azərbaycan əmindir ki, dialoq, qarşılıqlıanlaşma və beynəlxalq hüquqa hörmət davamlı sabitliyin və regionalrifahın əsas sütunlarıdır.

Bununla yanaşı, 2021-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtıelan edilmiş Şuşa şəhəri bu gün mədəni dirçəlişimizin rəmzinəçevrilmiş, Azərbaycan mədəniyyətinin təbliği və mədəniyyətlərarasıdialoqun təşviqinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi edir. Həmçinin, azad edilmiş digər şəhərimiz – Laçın2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtıelan olunmuşdur. Bu, Azərbaycanın regional mədəni əməkdaşlığaverdiyi töhfənin bariz nümunəsidir. Bu cür təşəbbüslər azad edilmiştorpaqların mədəni dirçəlişinin və zəngin irsimizin qorunması vətəbliği istiqamətində ölkəmizin qətiyyətinin göstəricisidir.

Çıxışında Əminə Ağazadə Azərbaycan Respublikası tərəfindən irəlisürülmüş Qadınlar üzrə Komissiyanın yaradılması haqqında qətnaməlayihəsinə diqqət çəkərək gender bərabərliyi və qadınlarınsəlahiyyətləndirilməsi dayanıqlı inkişafın, sülhün vədemokratiyanın ayrılmaz tərkib hissəsi olduğunu, APA-nın Qadınlarüzrə Komissiyasının yaradılmasının bu sahədə təcrübə mübadiləsini,qadınların siyasi və ictimai həyatda fəal iştirakının təşviqinitəmin edəcək daimi institusional mexanizm yaradacağına əminliyiniifadə edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
41
6
az.trend.az

7Sources