Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Badamdar qəsəbəsi ərazisində çən partlayıb, yolu su basıb.
“Qafqazinfo” xəbər verir ki, “Məktəbli” küçəsi ərazisində sakinlər üçün nəzərdə tutulan içməli su çəni partlayıb.
Məlumata görə, hazırda qəsəbənin Nürəddin Paşayev və Seyran Məmmədov küçələri də su altında qalıb.
Nəticədə yolu su basıb, nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.