Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, açılış günündə 4 qarşılaşma keçirilib. Günün ən fərqli nəticəsi "Aznur" komandasından gəlib. Komanda "Star Bakı" üzərində 18:2 hesablı inamlı qələbə qazanıb.
Digər oyunlarda "Atəşgah Suraxanı" "Lənkəran"ı 5:4 hesabı ilə məğlub edib, "DİN İdman Cəmiyyəti" isə "Bakı 145"i 5:3 hesabı ilə üstələyib.
"Sumqayıt" və "Buxar" komandaları arasında keçirilən qarşılaşmada isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, I turun növbəti 4 oyunu bu gün keçiriləcək.