EN

“Antalyaspor”a FIFA-dan transfer qadağası

Türkiyənin “Antalyaspor” klubuna transfer qadağası qoyulub.

90deqiqe.Az-ın məlumatına görə, bu qərarı FIFA qəbul edib. Qadağanın səbəbi klubun sabiq futbolçusu Samuel Etoonun menecerinə ödəməli olduğu məbləği hələ də köçürməməsidir.

Qərara əsasən, Superliqa təmsilçisi növbəti üç transfer dönəmində heyətinə yeni oyunçu əlavə edə bilməyəcək.

Qeyd edək ki, kamerunlu hücumçu Samuel Etoo 2015–2018-ci illər aralığında “Antalyaspor”un formasını geyinib. Antalya təmsilçisi hazırda Türkiyə Superliqasının turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.

Chosen
46
90deqiqe.az

1Sources