Altı ay əvvəl ABŞ vitse-prezidenti J.D. Vens Rusiya ilə Ukrayna arasındakı münaqişənin “heç vaxt bitməyəcəyinə” inanırdı.
Lakin bir ay əvvəl o, sülhə doğru irəliləyişin artdığına inanmağa başlayıb: “Əgər altı ay əvvəl məndən soruşsaydınız, deyərdim ki, onlar heç vaxt mübarizəni dayandırmayacaqlar… Bir ay əvvəl məndən soruşsaydınız, deyərdim ki, inanılmaz irəliləyiş əldə etmişik”, – deyə ABŞ vitse-prezidenti “New York Post” qəzetinə verdiyi müsahibədə deyib.
Vens əlavə edib ki, ABŞ hökuməti həm Ukrayna, həm də Rusiya ilə məhsuldar münasibətlər qurmağa çalışır. Onun sözlərinə görə, Vaşinqton ölkələr arasındakı münaqişəyə son qoymaq istəyir. ABŞ prezidenti Donald Trampın bütün tərəflərlə yaxşı işgüzar münasibətləri var.
Xatırladaq ki, 22 oktyabrda ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü ləğv edib. Putinin sözlərinə görə, ABŞ prezidenti görüşü ləğv etməkdən yox, təxirə salmaqdan danışır. Elə həmin gün ABŞ Maliyyə Nazirliyi Rusiya əleyhinə yeni sanksiyalar elan edib.
//Samir Qurbanov, Editor.az
 
                        