EN

“Viniusiusun reaksiyası başa düşüləndir, amma...”

Braziliyalı əfsanə Rivaldo “El Klasiko”da Viniusius Juniorun əvəzlənməyə verdiyi reaksiyaya münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Betfair” keçmiş futbolçunun dediklərini belə çatdırıb.

“Viniusius çox emosional davrandı, dodaqlarından oxuduğumuz şeyləri deməməli idi. Amma onun məyusluğu başa düşüləndir — yaxşı oynadı və qolun yaradılmasında iştirak etdi. Belə əvəzləmələr lider futbolçunu əsəbləşdirir. Məşqçi bəzən komandaya liderin nəzarət altında olduğunu göstərmək üçün sərt olur. Amma unutmaq olmaz ki, Viniusius indi dünyanın ən yaxşı oyunçusudur və klub bunu qiymətləndirməlidir.”

Qeyd edək ki, Viniusius Junior daha əvvəl reaksiyasına görə üzr istəmişdi.

Chosen
44
90deqiqe.az

1Sources