BBC nümayəndəliyinin fəaliyyətinə münasibətdə qeyd etməliyik ki, həmin subyektin Azərbaycanda fəaliyyət göstərməsini nəzərdə tutan hər hansı beynəlxalq müqavilə mövcud olmadığından aidiyyəti orqanlar tərəfindən nümayəndəlik ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, həmçinin onun əməkdaşlarının akkreditasiyası ləğv olunmuşdur. Bu isə o deməkdir ki, hazırda BBC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinin heç bir hüquqi əsası mövcud deyil, nəticə etibarı ilə, milli qanunvericiliyə əsasən müvafiq nümayəndəlik media subyekti hesab edilmədiyindən və onun əməkdaşlarının akkreditasiyası mövcud olmadığından həmin şəxslər tərəfindən bu sahədə fəaliyyət göstərilməsi ciddi hüquq pozuntusu olmaqla, bu fəaliyyətin yönəldiyi fiziki və hüquqi şəxslər, qurumlar üçün hər hansı öhdəlik yaratmır, əksinə həmin strukturlara qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək hüququ verir", - agentliyin cavabında qeyd olunub.