EN

"Azərreyl" Çempionlar Liqasında mübarizəni dayandırdı

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olub.

Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.

Mərhələni keçə bilməyən "Azərreyl" CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.

Chosen
6
fanat.az

1Sources