EN

Qərb eksperti xəbərdarlıq etdi: Rusiya sülh istəyir, amma silahla!

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sülh danışıqları başlayana qədər Rusiya Ukraynada atəşkəsə razı olmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın beynəlxalq təhlükəsizlik eksperti Mark Episkopos sosial şəbəkə hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, Prezident Donald Trampın Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyi “yekun sülh sazişinə hazırlıq” məsələsi ilə “qeyd-şərtsiz atəşkəsə razılıq” arasında ciddi fərq var.

“Rusiya heç vaxt tam hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq. Amma bu, Moskvanın Ukrayna böhranının diplomatik yolla həllinə qarşı olduğu anlamına gəlmir”, – Episkopos qeyd edib.

O əlavə edib ki, Rusiya rəhbərliyi üçün əsas prioritet danışıqlar masasında real təhlükəsizlik zəmanətləri əldə etməkdir.

Ekspertin fikrincə, hazırkı mərhələdə Moskva hərbi üstünlüyü qorumaqla, sülh danışıqlarında daha sərfəli mövqe tutmağa çalışır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources