EN

Atasının maşını ilə yola çıxan şagird qazla tormozu səhv saldı; qəzada 3 nəfər yaralandı FOTOLAR

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Pedalların yerini səhv salan məktəbli qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtında baş verib. Məlumata görə, Balakirevski küçəsində 15 yaşlı oğlan atasına məxsus "Lada Largus" markalı avtomobili icazəsiz götürərək dostları ilə birgə gəzməyə çıxıb. Bir müddət sonra yeniyetmə əyləclə qazın yerini səhv salaraq avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü ilə maşında olan 12 yaşlı oğlan və 15 yaşlı qız dostu xəsarətlər alıblar. Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılıb.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
avtosfer.az

2Sources