EN

Tələbələrə nəqliyyatda 10 qəpik endirim tətbiq olunmalıdır TƏKLİF

ain.az, Avtosfer saytına istinadən bildirir.

Tələbələrin sosial rifahını dəstəkləmək məqsədilə Tələbənin İnkişaf Fondu tərəfindən verilən kartlar vasitəsilə onlar muzeylər, alış-veriş mərkəzləri və iaşə obyektlərində müəyyən güzəştlərdən faydalana bilirlər. Dünəndən etibarən isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri pilot layihə çərçivəsində metrodan istifadə zamanı kartlardan yararlana bilirlər.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Tələbənin İnkişaf Fondu tərəfindən tələbələrə verilən kartlar vasitəsilə onlar bir çox sosial istiqamətlərdən faydalana bilirlər. Onun sözlərinə görə, bura muzeylər, alış-veriş mərkəzləri, kitab və dəftərxana ləvazimatları satış yerləri və sair ərazilər daxildir:

"Tələbələr bu yerlərdə müəyyən güzəştlər qazanır və ya etdikləri ödəniş onlara hədiyyə və ya kəşbek formasında geri qayıdır. Əsas məqsəd tələbələrin nəqliyyatdan istifadə edərkən onlara müəyyən güzəştlər tətbiq olunmasıdır. Dünəndən İqtisad Universitetində pilot layihə olaraq belə bir tətbiqə başlanılıb. Tələbələr metrodan istifadə zamanı mövcud kartlardan yararlanmağa başlayıblar. Əgər bu tətbiq bütün ali təhsil müəssisələrini əhatə edərsə, yalnız paytaxtla məhdudlaşmayaraq bölgələrdəki ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini, yəni kollecləri də əhatə edərsə, nəticələr daha müsbət xarakter daşıyar. Düşünürəm ki, tələbələr nəqliyyatdan istifadə edərkən, əvvəlki ənənəvi ödəniş sistemi, məsələn, 50 qəpik nəzərə alınaraq, onlara ən az 10 qəpik endirim tətbiq olunması məqsədəuyğun olar. Belə yanaşma tələbələrin sosial vəziyyətini dəstəkləyir, çünki təhsil aldıqları müddətdə onların maliyyə ehtiyacları daha yüksəkdir. Başqa istiqamətlərdə isə, tələbələrin istifadə etdiyi məkanlar, əsasən əyləncə mərkəzləri, muzeylər, teatr və kino kimi yerlər, həmçinin iaşə obyektləri ola bilər. Bütün bu obyektlərdə tələbələrə müəyyən güzəştlərin tətbiqi onların sosial rifahına müsbət təsir göstərər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
avtosfer.az

3Sources