Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Haitidə "Melissa" qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatıb, Yamayka və Kubada isə geniş dağıntılar qeydə alınıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 49-a çatıb.
Dominikan Respublikasında bir nəfər, Yamaykada isə 8 nəfər ölüb. Haiti Mülki Müdafiə Agentliyinin rəhbəri Stiven Aristil xəbərdarlıq edib ki, xüsusilə yağışlar davam etdikcə ölənlərin sayı arta bilər.
Oktyabrın 28-də "Melissa" qasırğası sürəti 295 km/saata çatan küləklə Yamaykanı vurub. Kubada isə 735 mindən çox insan sığınacaqlarda qalıb.
ABŞ qasırğadan zərər çəkmiş ölkələrə kömək üçün həmin ərazilərə yardım qrupları göndərib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hökumət Yamayka, Haiti, Dominikan Respublikası və Baham adalarının rəhbərliyi ilə koordinasiyalı iş aparır. Qasırğanın mərkəzi hazırda mərkəzi Baham adalarından təxminən 245 km cənubda yerləşir. Mayamidəki Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti 43 m/s-ə çatır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.