EN

"Qarabağ" - "Çelsi" oyunu üçün 1 günə nə qədər bilet satılıb?

style='margin-bottom:10px;'>

"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə "Çelsi"sinə qarşı oyunu üçün satılan bilet sayını açıqlayıb.

QOL.az xəbər verir ki, 29 oktyabr, saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 22 min 500 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75 AZN təşkil edir.

Xatırladaq ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Chosen
19
1
teleqraf.com

2Sources