EN

Macarıstan aerostat insidentini “hibrid müharibə” kimi tanımaqdan imtina edib

BAKI, 30 oktyabr. TELEQRAF

Macarıstan Avropa İttifaqının (Aİ) digər üzv ölkələrinin Vilnüs üzərindəki aerostat insidentini hibrid müharibə aktı kimi tanımaq təşəbbüsünü dəstəkləməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico№ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-nin məqsədi bütün üzv ölkələr adından insidentin hibrid müharibə aktı kimi qiymətləndirildiyi birgə bəyanat yaymaq idi. Lakin Budapeşt bu təşəbbüsə qarşı çıxaraq, blokun belə bir açıqlama verməməsini lobbiləşdirib.

"Politico" yazır ki, Macarıstanın bu mövqeyi nəticəsində bəyanat layihəsinin dərc prosesi dayandırılıb.

Xatırladaq ki, 22 oktyabrda Litva Belarusla sərhəddə hava məkanının aerostatlar vasitəsilə pozulması səbəbindən Minskə rəsmi nota göndərmişdi. Litva tərəfi bu addımı beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirmişdi. Ardınca, 27 oktyabrda Litva hakimiyyəti Belarusla sərhəddəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlamışdı.

Chosen
32
teleqraf.com

1Sources