EN

Tiflisdə keşiş kilsəni və hökuməti tənqid etdiyinə görə vəzifəsindən uzaqlaşdırıldı

Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Aşağı Betlemi (Nijni Betlemi) Məsihin Doğumu Kilsəsinin rəhbəri, arximandrit Dorofey (Kuraşvili) vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bu qərarı bütün Gürcüstanın katolikos-patriarxı II İliya, Tiflis yeparxiya komissiyasının tövsiyəsi əsasında qəbul edib.

Rəsmi açıqlamada bildirilib ki, komissiya Dorofeyin “yenidən intizam və mənəvi prinsipləri pozduğunu” müəyyənləşdirib:

“Komissiya müəyyən edib ki, arximandrit Dorofey (Kuraşvili) tərəfindən böhtan xarakterli və ruhanilərə yaraşmayan hərəkətlərə yol verilib”, – deyə bəyanatda qeyd olunub.

Məlumata görə, Dorofey bundan sonra Müqəddəs Üçlük Patriarx monastırına xidmət üçün göndəriləcək.

Qeyd edək ki, arximandrit Dorofey son aylarda Tiflisdə keçirilən etiraz aksiyalarında fəal iştirak edib və dəfələrlə həm kilsə rəhbərliyini, həm də hökuməti sərt tənqid edib. O, bəzi ruhaniləri “indiki hökumətin əlavəsinə çevrilməkdə” ittiham etmişdi. 

 

Musavat.com

Chosen
17
15
musavat.com

10Sources