ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının iclasında 2026-cı ildə keçiriləcək parlament seçkilərində qərargaha nəzarət üçün seçim edilməli olduğunu bildirib. Bu zaman partiya üzvləri öz namizədliklərini irəli sürüblər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşrin məlumatına görə, bir çox üzv namizədliyini irəli sürsə də, ön səsvermədə əsas iqtisadiyyat naziri Gevorq Papoyan və baş nazirin aparat rəhbəri Araik Arutyunyanın adı önə çıxıb. Son səsvermədə isə Arutyunyan üstünlük qazanıb. Maraqlıdır ki, Papoyan partiyanın idarə heyətində Paşinyandan sonra ikinci şəxsdir, lakin daxili səsvermədə qalib Arutyunyandır.
Hətta bir çoxlarının Araik Arutyunyanı “boz kardinal” adlandırdığı və əsas nəzarətin onda olduğu bildirilir.
İddialara əsasən, hətta parlamentin spikeri Alen Simonyan kampaniyanın rəhbəri olmaq üçün namizədliyini irəli sürsə də, bu, baş tutmayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        