EN

Çində fitnes mərkəzindən arıqlamaq üzrə müsabiqə: Mükafat olaraq Porsche veriləcək

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çinin şimalında yerləşən Şandun əyalətinin Binçjou şəhərində fitnes mərkəzi arıqlama üzrə müsabiqəyə start verib. Əsas mükafat isə "Porsche Panamera" avtomobilidir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" qəzeti məlumat verib.

Müsabiqədə iştirak etmək üçün giriş haqqı kimi mütləq şəkildə 1 400 dollar ödənilməsi tələb edilir. 150 000 dollar dəyərində olan avtomobil üç ay ərzində 50 kq arıqlayan insana veriləcək.

"Bu kampaniya realdır və artıq davam edir, qeydiyyat isə 30 iştirakçı toplandıqdan sonra bağlanacaq", - deyə fitnes mərkəzindən bildirilib.

Həmçinin qeyd edilib ki, qalibə yeni "Porsche" avtomobili deyil, 2020-ci ilin işlənmiş modeli hədiyyə ediləcək. Hazırda avtomobil idman zalının sahibinə məxsusdur. Qidalanma və yaşayış xərcləri giriş haqqı üçün ödənilən məbləğə daxildir.

Müsabiqə mütəxəssislər və vətəndaşlar arasında narahatlıq yaradıb. Bəzi mütəxəssislər bu cür sürətlə arıqlamağın təhlükəli olduğunu bildirirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
oxu.az

1Sources