EN

The Telegraph: İki ayda 100 minə yaxın gənc ukraynalı ölkəni tərk edib...

Kiyevin gənclərə sərbəst çıxış icazəsi verməsi kütləvi miqrasiya dalğasına səbəb olub...

Son iki ay ərzində 18–22 yaş arası təxminən 100 min ukraynalı ölkəni tərk edib.

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph qəzeti Polşa sərhəd xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, avqustun sonunda Kiyev bu yaş kateqoriyasına aid vətəndaşlar üçün ölkədən çıxış qaydalarını yumşaldandan sonra gənc kişilərin miqrasiyası kəskin artıb. Polşa sərhədçilərinin qeydlərinə əsasən, 99 minə yaxın çağırış yaşlı ukraynalı kişi sərhədi keçib. Müqayisə üçün, yanvardan avqustun sonunadək bu yaş aralığında Ukraynaya daxil olanların sayı cəmi 45 300 nəfər olub.

Qəzet qeyd edir ki, Almaniyada da eyni tendensiya müşahidə olunur – sentyabrın ortalarına qədər 18–22 yaş arası ukraynalıların həftəlik gəlişi 19 nəfərdən min nəfəri keçib.

Xatırladaq ki, 2022-ci ilin fevralından bəri 18–60 yaşlı ukraynalı kişilərə ölkəni tərk etmək qadağan edilmişdi. Lakin 2025-ci ildə prezident Vladimir Zelenski yeni qayda qəbul edərək 23 yaşınadək kişilərə ölkədən çıxmağa icazə verib.

The Telegraph yazır ki, Kiyev bu qərarla gənclərə müvəqqəti sərbəstlik verib, onların sonradan könüllü şəkildə geri dönərək orduda xidmət edəcəyinə ümid edirdi. Bundan əlavə, hakimiyyət bu addımla valideynlərin 18 yaşdan kiçik övladlarını ölkədən qaçırmasının qarşısını almağa çalışırdı.

Lakin qəzet vurğulayır ki, bu siyasət əks nəticə verib — çoxsaylı gənclər ölkədən çıxandan sonra geri dönməyib və bu, Ukraynanın hərbi səfərbərlik planlarına ciddi zərbə vurub.

Poliqon.info

Chosen
43
poliqon.info

1Sources